Ermənistanda yerli hökumətin iclasından sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan suallara cavab istəyiblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan onlara yaxınlaşmayıb və yoluna davam edib.
Jurnalistlərdən biri: “Siz ancaq türk həmkarlarımıza yaxınlaşırsız, cənab Mirzoyan?” - deyə səslənib.
Bu sözlərdən sonra Mirzoyan ona yaxınlaşraq: “Əvvəla, mən sizin dediklərini son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkarlıq hesab edirəm. İkincisi, bu, peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə” cümləsini işlədib.
Jurnalistlərdən biri “Əksinə, siz utanmalısız” deyə cavab verib.
Musavat.com