Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb.
Musavat.com xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib:
“Biz bir neçə dəfə açıqlama vermişdik ki, son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik. Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir”, - deyə, nazir qeyd edib.
C.Bayramov əlavə edib ki, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi də vacib amildir.
Nigar HƏSƏNLİ,
Musavat.com






