İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula-1"in keçmiş sahibi silah gəzdirdiyi üçün saxlanılıb

531 26.05.2022 18:59 İdman A A

"Formula-1"in keçmiş sahibi Berni Ekklstoun Braziliyadan İsveçrəyə gedərkən San-Pauludakı Virakolos hava limanında saxlanılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, buna sabiq funksionerin qanunsuz silah gəzdirməsi səbəb olub. Tapança onun çantası yoxlanışdan keçərkən aşkarlanıb.

Ekklstoun ifadəsi alındıqdan sonra zaminə buraxılıb və onun İsveçrəyə getməsinə icazə verilib.

Qeyd edək ki, Berni Ekklstoun 2017-ci ildə "Formula 1"dən ayrılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR