İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimovanın axtarışa verdiyi Afət Fərmanqızı birdəfəlik Moskvaya köçdü

2301 16.02.2023 15:55 Şou-biznes A A



Azərbaycanda barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı birdəfəlik Rusiyaya köçüb.


Musavat.com bildirir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. Afət Fərmanqızı yaşadığı Moskva şəhərindən xeyli razı qaldığını vurğulayıb:


“Meşənin içində Moskva şəhəri. Deməli, keçən 14 fevralda konsertimlə bağlı burada idim. Vüqar qardaşım məni qarşıladı, o zaman ona bildirdim ki, qismət olsa, bura köçəcəm. Allahdan arzu etdim ki, gələn il də burada olum. Allah səsimi eşitdi və birdəfəlik bura köçdüm. Həyat yoldaşım başda olmaqla, Rusiyada olan dostlarıma və məni toya dəvət edən həmvətənlərimə təşəkkür edirəm. Tam da istədiyim yerdəyəm. Rusiyadakı toylarımızda xanımların geyimlərindən tutmuş, bəylərimizin centlmenliyinə qədər hər şey qədərindədir”.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub. Sənətçi Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR