İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyada 20-dən çox şirkət Rusiya xüsusi xidməti ilə əlaqədə ittiham olunur

436 16.01.2024 00:53 Dünya A A

İyirmidən çox Finlandiya şirkəti Rusiyanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi məhsulların gizli satışında ittiham olunur.

Findlandiya ictimai radiosunun – Yle-nin yaydığı məlumata görə, onların müştərilərinin Rusiya kəşfiyyat xidmətləri və müdafiə sənayesi ilə əlaqələri var.

Qeyd olunur ki, onlar Rusiya ilə əlaqəli şəxslərə məxsus kiçik logistika və ekspeditor şirkətləridir. Onlar xüsusən də Finlandiyanın cənub-şərqində Rusiya sərhədi yaxınlığında anbarlarda və kiçik ofislərdə işləyirlər. Hesabatlar göstərir ki, onların bir çoxu satışlarını xeyli artırıb: 2022-ci ildə ümumi dövriyyə iki dəfədən çox artıb.

Məlum olub ki, bu şirkətlərdən birinin Rusiyaya göndərdiyi bağlamalarda, gömrük qeydlərinə görə, ixrac edilən sensorlar, dizel mühərrikləri, yanacaq nasosları və elektrik ötürücü avadanlıqlar olub. Analoji malların hissələri Ukraynada məhv edilmiş Rusiya silahları və maşınlarında tapılıb.

Tədqiqatçıların fikrincə, bu komponentlər Rusiya ordusunun zərbələr endirmək qabiliyyəti üçün vacibdir. Onlardan yalnız bir neçəsi Qərbin sanksiyalarına məruz qalıb, bu da onların Rusiyaya ixracını asanlaşdırıb.
Jurnalistlər Rusiyanın dövlət satınalmalarına dair məlumatlara da istinad edirlər ki, bu da belə şirkətlərin FSB ilə əlaqəli olduğunu göstərir.
Şirkətlərin Rusiyaya hərbi tədqiqat, təkmilləşdirmə və kəşfiyyat məqsədləri üçün də avadanlıq tədarük etdiyi bildirilir. Məsələn, siqnal analizi avadanlıqları, tezlik sintezatorları, çap dövrə lövhəsi aksesuarları, optik avadanlıq və voltmetrlər.

Araşdırmaçı jurnalislər müəyyən edib ki, ixrac edilən bəzi mallar nisbətən sıradan mallardır, məsələn, mühərrik hissələri, podşipniklər və klapanlar. Bununla belə, Rusiya hərbi texnikası işləmək üçün sadəcə silahlardan daha çox şey tələb edir.

Belə şirkətlər ya birbaşa Rusiyaya mal ixrac edirdi, ya da xarici satıcı ilə rus alıcı arasında vasitəçilik edirdi. Mallar başqa ölkələr vasitəsilə də Rusiyaya daşınırdı. Bu kimi halllar Finlandiya gömrük bəyannamələrində görünmür.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR