İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya NATO-nun nüvə planlaşdırılması və dəstək əməliyyatlarında iştirak edəcək

324 15.04.2023 12:12 Son xəbər A A

NATO-ya yeni qoşulan Finlandiyanın Müdafiə Nazirliyi ölkənin alyansın nüvə planlaşdırılması və dəstək əməliyyatlarında iştirakını elan edib.

AZƏRTAC xəbər verir ki, bu qərar respublikanın öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verməyəcəyinə dair əvvəlki rəsmi zəmanətlərinə baxmayaraq qəbul olunub.

Beləliklə, Finlandiya alyans üçün ümumi nüvə siyasətinin qurulması istiqamətində fəaliyyət göstərən NATO-nun nüvə planlaşdırma qrupunun işində iştirak edəcək. Bu iş alyansın üzvü olan iki nüvə dövlətinin - ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında həyata keçirilir. NATO üzvləri arasında yalnız Fransa nüvə planlaşdırma qrupunda iştirakdan imtina edib.

Xatırladaq ki, Finlandiya hökuməti NATO-ya daxil olarkən öz ərazisində nüvə silahının yerləşdirilməsinin qarşısının alınması siyasətini elan etsə də, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü üçün başqa heç bir məhdudiyyət qoyulmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR