İnsanlara hürriyət, millətlərə istiqlal!

Film kimi əməliyyat: Qadını görün necə xilas etdilər ANBAAN VİDEO

1064 03.03.2024 08:55 Dünya A A

ABŞ-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində körpüdə başıaşağı vəziyyətdə asılı qalan yük maşınının qadın sürücüsü yanğınsöndürmə briqadasının kran vasitəsilə həyata keçirdiyi 40 dəqiqəlik əməliyyatla xilas edilib.

Musavat.com xəbər verir ki, hadisə Luisvil şəhərində, çaydan 23 metr hündürlükdə olan Klark Memorial Körpüsündə baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə yük maşınının çaya düşmə təhlükəsini qiymətləndirib və sürücü kupesində sıxılmış vəziyyətdə qalan qadın sürücünü xilas etmək üçün işlərə başlayıb. Körpüyə kran quraşdıraraq kəndirlə sürücü kupesinə çatan yanğınsöndürən Brays Karden qadın sürücünü xilas edib.

Yanğınsöndürmə idarəsinin əməliyyatı xarici mətbuatda “qəhrəmanlıq” kimi qiymətləndirilib.

Musavat.com əməliyyatın görüntülərini təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR