İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermerlərə şad xəbər: Əlavə subsidiyalar veriləcək

523 11.06.2026 16:30 Ölkə A A

"Fermerlərə lazer mala tətbiqinə görə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur. Buğda istehsal potensialının gücləndirilməsi üzrə ixtisaslaşmış rayonlarda məhsuldarlığı artıraraq, hazırkı 4 tondan, 5 tona qaldırmaq hədəflənib",

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda irəli gələn vəzifələr barədə ictimai dinləmədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov deyib.

O bildirib ki, bu öz növbəsində istehsal həcmini artıracaq: "Burada hazırkı mexanizmlərimizdə hansı üsullarla buna çatacağıq. Burada əlavə subsidiya mexanizmlərimiz olacaq. Yeni sahələrdə salınan müasir suvarma sistemlərinin quraşdırılmasının dəstəklənməsi mexanizmini davam etdirəcəyik və orada mexanizmi daha da yeniliklər gətirib, əvvəlki mexanizmi daha da təkmilləşdirməsini düşünürük. Lazer mala tətbiqini düşünürük, hazırda bu torpaq hamarlama işlərinin yaxşılaşdırılması nəzərdə tutulur ki, bu birbaşa məhsuldarlığa ciddi şəkildə təsir göstərir. Əlavə subsidiya mexanizmləri o kontekstdə nəzərdə tutulur ki, lazer mala tətbiq edən fermerlərə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur. Paralel olaraq da seçilmiş rayonlar üzrə meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Təbii ki, bu bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın artımına və istehsalın artımına gətirib çıxardacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR