İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərli cəzaçəkmə müəssisəsinə köçürüldü 

878 15.09.2023 15:17 Son xəbər A A

İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə Musavat.com-a Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.

“Artıq təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb, hər şey qaydasındadır”, - deyən ana əlavə edib ki, artıq Fəridin işi ilə bağlı apellyasiya şikayəti verilib.

Dilarə Əsgərova onu da bildirib ki, oğlu ilə telefon bağlantısı qurub, vəziyyətilə maraqlanıb: “Fərid deyir ki, kitabxanaya yazılıb. Alman dilində çox sayda kitablar götürüb, orada oxuyur. Deyir ki, burada vaxtı daha səmərəli keçir. Vəziyyəti də normaldır”.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfərə gedib və orada həbs edilib. Səfərliyə qarşı əvvəlcə “casusluq” ittihamı irəli sürülüb və sonra bu ittiham “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran məhkəməsi Fərid Səfərlini iki il həbsə məhkum edib. F.Səfərli ittihamı rədd edib və məhkəmənin ona hər hansı sübut olmadan həbs cəzası verdiyini bildirib. Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova oğlunun Tehrana tanışı olan qızla görüşmək məqsədi ilə getdiyini bildirib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR