İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbaxça" tərəfdarı Türkiyə bayrağını yandıran belçikalını bu hala saldı - ANBAAN VİDEO

1501 27.08.2022 16:04 Hadisə A A

Başakşehir UEFA Avropa və Konfrans Liqasında "Royal Antverpen"i 3-1 hesabı ilə məğlub edərək qruplarda adını qeyd edib.

Belçikada keçirilən qarşılaşmada rəqib komandanın azarkeşləri tribunada qalmaqallı olaya imza atıblar.

Musavat.com xəbər verir ki, qarşılaşma zamanı stadionda olan bir qrup Antverpen azarkeşi Türkiyə bayrağını yandırıb.

“Fənərbaxça” forması geymiş azarkeş Türkiyə bayrağını yandıranlar arasında olduğu deyilən belçikalıya hücum edib. Əlindəki süpürgəni həmin şəxsə atan "Fənərbaxça"lı azarkeşin bu davranışı saniyə-saniyə kameralar tərəfindən qeydə alınıb.

Verilən açıqlamalara görə, Royal Antverpen tərəfdarı türk tərəfdarlarını təhrik etmək məqsədi ilə Türkiyə bayrağını yandırıb. Başakşehirə dəstək olmaq üçün stadiona gələn “Fənərbaxça” azarkeşi daha sonra türk bayrağını yandıranların arasında olduğu iddia edilən belçikalıya hücum edib. "Fənərbaxça" forması ilə əlindəki süpürgəni rəqib azarkeşlərə atan şəxsin həmin anları sosial mediada böyük marağa səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR