İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinlilərin 70 faizi HƏMAS-ın İsrailə hücumunu bəyənir

327 21.12.2023 14:14 Dünya A A

Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin 70 faizindən çoxu radikal HƏMAS qruplaşmasının bu il oktyabrın 7-də İsrailin sərhəd bölgələrinə hücumunu bəyənir.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrini The Wall Street Journal (WSJ) qəzeti yayıb.

Dekabrın əvvəlində keçirilən sorğuda İordan çayının qərb sahilində 750, Qəzza zolağının özündə isə 481 nəfər iştirak edib. Məlumatlar göstərib ki, respondentlərin 72 faizi “hücumun doğru olduğuna inanır”, 22 faizi isə bu ifadəyə qarşı çıxıb.

Sorğu onu da göstərib ki, İsrail ordusu ilə HƏMAS arasında döyüşlərin yerli əhaliyə böyük faciələr yaşatmasına baxmayaraq, fələstinlilərin hərəkata dəstəyi artır: Qəzza zolağında 42, İordan çayının qərb sahilində isə 44 faizə qədər insan HƏMAS-a güvənir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailin sərhəd bölgəsinə hücum edib. Buna cavab olaraq İsrail hakimiyyəti 48 saat ərzində ümumilikdə 300 min ehtiyatda olan əsgəri səfərbər edib və Qəzza zolağının HƏMAS yaraqlılarından təmizlənməsi üçün genişmiqyaslı əməliyyatı davam etdirmək üçün Qəzza zolağının tam blokadaya alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR