İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin lideri ABŞ-a ÇAĞIRIŞ ETDİ FOTO

1009 06.11.2023 19:02 Dünya A A

Fələstin prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Entoni Blinkeni Qəzza zolağında İsrail və HƏMAS arasında dərhal atəşkəsə nail olmağa çağırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, bazar günü Ramallahda Blinkenlə danışıqlar zamanı bildirib.

Belə ki, Fələstin lideri həmsöhbətini “bu fəlakətli müharibəni dərhal dayandırmağa” çağırıb.

Onun sözlərinə görə, Qəzza zolağına dərman, su və ərzaq da daxil olmaqla humanitar yardımın çatdırılmasını sürətləndirmək lazımdır:

"Qəzzada elektrik enerjisinin verilişini bərpa etməliyik".

Fələstin lideri bildirib ki, İsrail Müdafiə Qüvvələri beynəlxalq hüququ nəzərə almadan fəaliyyət göstərir.

Qeyd edək ki, Fələstin Milli Administrasiyası faktiki olaraq İordan çayının qərb sahilində yalnız bir sıra ərazilərə nəzarət edir. Qəzza zolağına rəhbərlik etmir.

Xatırladaq ki, İsrail ordusu HƏMAS-ın hücumlarına cavab olaraq Qəzza zolağında əməliyyat keçirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR