İnsanlara hürriyət, millətlərə istiqlal!

FƏLAKƏT ola bilər: "Əgər İsrail bu addımı atsa..."

1290 04.11.2023 12:25 Dünya A A

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzia BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyasında bildirib ki, İsrailin hazırkı münaqişədə özünümüdafiə hüququ yoxdur, çünki İsrail “işğalçı dövlətdir”.

Musavat.com xəbər verir ki, o, İsrailin Qəzzaya hücumlara son qoyması barədə çağırış edib.

6544273f4e3fe02a40394840.jpg (74 KB)

“Münaqişələrin bölgəyə sıçramasının qarşısı alınmalıdır. ABŞ və müttəfiqləri Qəzzada yaşanan dəhşətli dağıntılar qarşısında ikiüzlü bir rəftar sərgiləyir. Onların edə biləcəkləri tək şey iddia etməkdir” - Nebenzia deyib.

Rusiyalı diplomat, həmçinin bütün vasitəçiləri girovların tezliklə azad edilməsi də daxil olmaqla, diplomatik həll yolu üzərində işləməyə çağırıb.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin fələstinliləri Misirin Sinay yarımadasına yerləşdirmə planlarının “fəlakətli” nəticələri olacağını bildirib.

Zaxarova qeyd edib ki, mümkün yerdəyişmə ilə bağlı təxribatçı bəyanatlar mövcud münaqişənin uzanması təhlükəsini ortaya qoyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR