İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafanın dəlik-deşik edilmiş maşınının GÖRÜNTÜLƏRİ VİDEO

3515 12.04.2023 17:53 Son xəbər A A

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafaya məxsus avtomobil ərazidən götürülərək ekspertizaya aparılmışdı.

Musavat.com-a terrora məruz qalan millət vəkili Fazil Mustafanın avtomobilinin yeni görüntüləri göndərilib.

Görüntüdə millət vəkili avtomobilinə hansı istiqamətdən atəş edildiyindən danışır. Videodan görünür ki, güllə avtomobilin yan şüşələrini sındırıb, oturacağa və salonda bir neçə yerə ziyan verib. Maşının bir yanından girən güllə digər yanından çıxıb.

Görüntülərdən belə aydın olur ki, Fazil Mustafa avtomobili zamanında tərk etməsəydi, daha çox və ölümcül xəsarətlər ala bilərdi.

Həmin görüntünü təqdim edirik.

Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR