İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: "Şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini..." 

9979 06.07.2023 11:56 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa sosial şəbəkələrdə və mediada müzakirə olunan bəzi mövzulara diqqət çəkib.

O, ciddi məsələlərin müzakirə olunmamasından şikayətlənib: “Bu gün Azərbaycanda cəmiyyət niyə müğənninin Yazıçılar Birliyinə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir? Düşünürəm ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq. Təhsil naziri ötən dəfə dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürdü. Ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımdır. Yaxud Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Bu, ciddi düşünüləsi məsələdir. Digər tərəfdən, müzakirə olunmalı məsələlərdən biri də blokadada olan Naxçıvana bilet məsələsidir. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR