İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: "Köhnə məmurlar korrupsiyaya alışıblar, amma onların gözü yenilərdən daha tox idi" VİDEO

1188 05.04.2022 18:19 Gündəm A A

“Bu qanun mənə “Məişət zorakılığı haqqında” qanunu xatırladır. Hesab edirəm ki, bu qanunun da qəbul edilməsindən sonra onun ölkədə tətbiqinə real zəmin yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

"Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılması çağırışların təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi", - deyə millət vəkili bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR