İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa elə bir paylaşım etdi ki...

16950 02.09.2023 01:31 Son xəbər A A

Millət vəkili Fazil Mustafa özünün Facebook səhifəsində maraqlı paylaşım edib.

Musavat.com həmin paylaşımın oxucular üçün də diqqətçəkici olacağına inanır:

"Yarı zarafat, yarı ciddi: hazırda xalqımızın ən böyük dostu bilirsiniz kimdir? Niger xalqı! Əsas müttəfiqlərimizdən biri də elə Niger dövlətidir. Bir az da Fransanın başını qatsalar, tam bizim işimizə yarayacaq. Niger Respublikasının paytaxtı Niamey şəhəridir. Bəlkə ora ilə qardaşlaşma üçün hansısa bir şəhərimizi müəyyənləşdirək? Hökm deyil ki, böyük şəhərimiz olsun. Əsas olan, bu ərəfədə qardaşlaşmadır.

fazil.jpg (146 KB)

Fazil Mustafa

İndi Fransa orada yerləşdirdiyi hərbi bazasını qorumaq təlaşına düşüb. Xalq da ordu ilə birlikdə Fransaya güzəştə etmək istəmir. Görünən budur ki, Nigerdə aləm qarışacaq... Fransa bundan sonra "TIR"larını ərzaqla doldurub, öz əsgərlərinə göndərməli olacaq. Fransanın Qarabağdan diqqətini ayıracaq hər məqam işimizə yaraya bilər. Fransız əsgərlərinə Afrikada yaxşı qulaqburması veriləcəyi də istisna deyil".

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR