İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Azərbaycanda erməni-fars ideologiyasının qalib gəlməsinə icazə verilməyəcək”

512 19.02.2024 14:46 Ölkə A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ona qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində A.Səricanovun əməlini etiraf etməsinə münasibət bildirib.

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, o, məhkəmə istintaqının tamamlanmasını gözləyir:

“Təbii ki, məhkəmədə deyilənlər kifayət qədər əsaslı deyil. Çünki mənim açıqlamalarım, həqiqətən də, bütün “ermənilərin” qəzəbinə səbəb olur. Həm xaç çevirən ermənilərin, həm də “namaz qılan ermənilərin”. Bu ermənilər bütövlükdə Azərbaycana düşməndirlər. İstər fars-erməni qarışığı olsun, istərsə də təmiz erməni olsun, bizim üçün bunların fərqi yoxdur. Təkcə mənə nifrət etmirlər, ümumilikdə, Azərbaycan dövlətinə nifrət edirlər. Əməllərinə diqqət edin - “Qumda oldum, Qumda gedib görüşdüm, orada söhbət apardım ki, Fazil Mustafanı öldürməliyik...” Bütün bunların hamısı niyə Qumda cərəyan edir? Sizin kəbininiz Qumdamı kəsilib? Hamısı Azərbaycan dövlətinə qarşı çevrilmiş qüvvələrdir, fars-erməni terrorunun uzantısıdır və bu uzantının da bir xətti bizə qarşı çevrildi. Bir sözlə, bu etiraflar, açıqlamalar əsaslı deyil. Çünki onlar savadsız və dini başa düşməyən militanlardır. Əgər dindarsansa... Orucluq vaxtı eməniyə, yunana, hansısa ateist şəxsə desən ki, oruc tutan adamı vurmalıyıq, o deyər ki, qoy orucluq bitsin, sonra edək. Kim deyib ki, orucluq vaxtı müsəlmanı öldürməlisən? Bu cür alçaqlığı hansı dindən öyrənmisən? Bu, Məhəmməd Peyğəmbərin dinində yoxdur. İmam Əlinin, Hüseynin dinində yoxdur! Yəni bu, din, əqidə məsələsi deyil, ümumilikdə, tapşırıq icra edən agentura məsələsidir. Başqa ölkənin maraqlarına xidmət edən, vətənini satmağa hazır olan, vətəni erməniyə, farsa bütün istiqamətlərdə sataraq həyatını bunun üzərində quran, bundan mənfəət götürən bir şəbəkədən söhbət gedir. Buna görə də əməllərini nə ilə əsaslandırmalıdırlar? “Fazil Mustafanın fikirləri bizim xoşumuza gəlmədi...” Kiminsə fikri kiminsə xoşuna gəlmirsə, onu öldürməlidir? Hansı din bunu əmr edib? İslam dinində axı bu yoxdur. Deməli, bu cür vəhşilik mühitində yetişmək elə-belə, səbəbsiz deyil, dinlə əlaqəsi yoxdur ki. Bu adamların bütün açıqlamaları bir daha ifşa edir ki, hansı mənbədən qidalanıblar, terroru həyata keçirəndə haradan tapşırıq alıblar. Əlbəttə, bilirlər ki, Azərbaycan dövləti hələ ayaqdadır və Azərbaycan dövlətini bu formada hədələmək mümkün deyil. İfadələrində də göstəriblər ki, ayrı-ayrı dövlət obyektlərinə hücum çəkib, oralarda da cinayət törətməli, qarşılarına çıxanı öldürməli idilər. Bunlar tipik fars terrorçularıdır, Qumdan təlimat alaraq fəaliyyət göstərən şəbəkədir”.

Fazil Mustafa hazırda necə mühafizə edilməsindən, təhlükə hiss edib-etməməsindən də danışıb:

“Mühafizəmizin təşkili ilə bağlı dövlət qurumları istənilən səviyyədə bütün işləri görüb. Təhlükəsizlik baxımından bir narahatlıq yoxdur. Davamız can davası deyil ki. Milli düşmənlərə, satqınlara, Vətənə xəyanət etmiş bu cür ünsürlərə qarşı mübarizəmiz bundan sonra da davam edəcək. Bu, bir deyil, iki deyil. Belə şəbəkələrə qarşı hamımız sussaq, Azərbaycanı vəhşi metodlarla qan gölünə çevirəcəklər. Buna görə də cəzaları lazımi səviyyədə verilməlidir. Azərbaycan dövləti nə qədər ki ayaqdadır, bu torpaqda erməni-fars ideologiyasının qalib gəlməsinə icazə verilməyəcək! Bu cür ünsürlər zamanında zərərsizləşdiriləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR