UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağ FK ilə İngiltərənin Newcastle United komandası arasında keçirilən matçın ilk hissəsi başa çatıb.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada qonaqlar fasiləyə 5:0 hesablı üstünlüklə yollanıblar.
Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir. İkinci hissədə “Qarabağ”ın hesab arasındakı fərqi azaltmağa çalışacağı gözlənilir.
Musavat.com






