İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdən qaçdığı üçün öldürülən Aybəniz bibisi oğlu ilə evli imiş - Təfərrüat

2009 07.09.2022 20:42 Hadisə A A

Bu gün Abşeron rayonu ərazisində Ağsu rayon Pirhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nazim Əliyevin qızı, 33 yaşlı Aybəniz Abdullayevanı qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Musavat.com Qafqazinfo-a istinadən xəbər verir ki, sentyabrın 1-də yaşadığı kənddən qaçan A.Abdullayeva atasının bacısı oğlu (bibisi oğlu) ilə evli imiş və onların bir övladı var.

Bildirilir ki, A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir və vaxtaşırı rayona ailəsinin yanına gedirmiş. A.Abdullayeva isə həyat yoldaşının evdə olmadığı vaxt yaşadığı kəndi tərk edərək tanışının yanına qaçıb.

Bundan sonra Nazim Əliyev qızının axtarışına çıxıb və onu Abşeron rayonu ərazisində taparaq qətlə yetirib. Hadisədən sonra o, taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

Qeyd edək ki, N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada cinayət törətdiyinə görə məhkum olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR