İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evdə tək”in ulduzu ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - FOTO

1393 24.01.2024 08:00 Şou-biznes A A

“Evdə tək” filminin ulduzu Devin Retrey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə 47 yaşlı sənətçinin ailə üzvü məlumat verib.

Məşhur ailə komediyasında Bazz Makkallister adlı obrazı canlandıran aktyor - baş qəhrəmanın böyük qardaşı sağalmaq və həkimin göstərişlərinə əməl etmək üçün artıq evə göndərilib.

Onun xəstəxanaya yerləşdirilməsinə nəyin səbəb olduğu məlum deyil.

Retrey barəsində məişət zorakılığı işi üzrə məhkəmə prosesi 22 yanvar 2024-cü ildə başlamalı idi. Onun səhhətinə görə münsiflər məhkəməsi fevral ayına təxirə salınıb.

2021-ci ilin dekabr ayında Devin Retrey, keçmiş sevgilisinin dediyinə görə, ona hücum edib və onu öldürəcəyi ilə hədələyib. İddiaçının sözlərinə görə, aktyorun qəzəblənməsinə səbəb qadının onun pərəstişkarlarına onun iki avtoqraflı fotosunu verməsi və bunun üçün onlardan pul istəməməsi olub.//Oxu.az

420064107_1102707637537574_1053805305957398253_n.jpg (31 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR