İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev hədiyyə olunduğu üçün tənqidlərə tuş gələn Roza Zərgərlinin oğlu danışdı

1332 06.07.2022 18:55 Şou-biznes A A

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən evlə təmin edildiyi üçün tənqidlərə tuş gələn müğənni Roza Zərgərlinin aktyor oğlu Corc Qafarov sosial şəbəkədə açıqlama yayıb.

Musavat.com bildirir ki, gənc aktyor ona ev verilməsinə bu cür aydınlıq gətirib:

“Mən Latviyada doğulsam da Azərbaycanda böyümüşəm, ona görə də özümü azərbaycanlı hesab edirəm. Mənim və qardaşımın evi yoxdur. Sosial Xidmətlər Agentliyi tam araşdırma aparıb. Corc və Jerar qardaşlarına ayrı-ayrılıqda mənzillərin təqdim edilməsi haqında qərar verib.

Biz uşaq evində böyümüşük. Dövlət himayəsində olmuşuq, bizə gözəl baxıblar. Məzun olduqdan sonra dövlət tərəfindən mənzillə təmin olunmuşuq. Çünki anamı da, atamı da itirmişəm. Buna görə də Sosial Xidmətlər Agentliyi mənzillə təmin edib. Bu, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə olub.

Biz aktyoruq, 10 yaşımdan sənətə başlamışam. Bu sənətə başlayandan heç vaxt kiməsə zərər verməmişəm və kimdənsə zərər görməmişəm. Həyatımı belə qurmağa çalışıram. Xahiş edirəm, bizə qarşı çıxmayın, dəstək verin. Mənim qabağa getməyimə, Türkiyəyə getməyimə, dünyaya açılmağıma dəstək olun. Keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil. Tənqidlərə açıq olmuşam, amma sənətimə görə. Heç kim sosial durumumu bilmir. Mənim də, qardaşımın da evi yoxdur. Sağ olsun dövlət, Heydər Əliyev Fondu adına olan 2 saylı uşaq evi, Sosial Xidmətlər Agentliyi, ən əsası ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm. Ölkə başçısı sağ olsun ki, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olur”.

Xatırladaq ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR