İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyada əhali üçün qaz 40 faizdən çox ucuzlaşdırılır

625 29.12.2023 19:10 Dünya A A

Estoniyanın qazpaylayıcı şəbəkəsini idarə edən “Eesti Gaas” 2024-cü ilin yanvar ayından məişət istehlakçıları üçün çevik paket çərçivəsində qazın qiymətini 20 faiz, fevral ayından isə demək olar ki, daha 20 faiz ucuzlaşdıraraq hər kubmetr üçün 0,495 avroya (satış dövriyyəsindən vergi də daxil olmaqla) endirəcək.

Musavat.com xəbər verir ki, şirkətin bununla bağlı məlumatında qeyd edilir ki, gələn ildə qazın qiyməti ucuzlaşacaq:

“Bütövlükdə bazar sakitləşir və qaz yenidən əlçatan olub - ötən istilik mövsümü ilə müqayisədə dəfələrlə ucuzlaşıb. Təchizat təhlükəsizliyi yaxşıdır - qərbdən yeni tədarük marşrutları çəkilib və anbarlar doludur. Qış isti keçdiyindən hazırda Avropada tələb olunandan daha çox qaz var”.

Noyabrın sonunda “Eesti Gaas” 2024-cü ilin yanvar ayından etibarən məişət istehlakçıları üçün çevik paketin bir hissəsi kimi qazın qiymətinin təxminən 15 faiz - hər kubmetr üçün 0,6 avroya (satış vergisi daxil olmaqla) endiriləcəyini açıqlamışdı.

Əvvəllər təbii qaz Estoniyaya əsasən Rusiyadan boru kəməri ilə nəql olunurdu. Lakin təxminən bir il yarımdır ki, bu istiqamət bağlanıb, qərbə tammiqyaslı dönüş baş verib: təbii qaz indi mayeləşdirilmiş formada Inkoo (Finlandiya) və Klaypeda (Litva) terminallarından alınır. Bu il “Eesti Gaas” LNG tədarükünü üç dəfədən çox artırıb - keçən ilki 5 tanker əvəzinə artıq bir il ərzində bölgəyə 18 tanker alıb.

Bir LNG tankeri Estoniyanın illik qaz istehlakının təxminən dörddə birini təmin edir.

Bundan əvvəl “Eesti Gaas” ev təsərrüfatları üçün çevik paket çərçivəsində qazın qiymətini 2022-ci ilin dekabrında (40% faiz hər kubmetr üçün 1,75 avroya), bu ilin fevralında (0,84 avroya qədər), mayda (0,69 avroya qədər) əhəmiyyətli dərəcədə azaldıb. Şirkət təbii qazı boru kəmərləri ilə, həmçinin sıxılmış və mayeləşdirilmiş qaz şəklində müştərilərə çatdırır. Şirkət günəş enerjisi istehsalı və biometan istehsalını inkişaf etdirir.

“Eesti Gaas” həmçinin Finlandiya, Latviya, Litva və Polşada “Elenger” brendi altında fəaliyyət göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR