İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əsl əfsanə..." - Prezidentin nəvələri Qurban Qurbanovla - FOTO

11625 07.03.2024 17:01 Ölkə A A
 
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

Musavat.com xəbər verir ki, bu barədə Mikayıl Ağalarov öz instaqram hesabında paylaşım edib.

O, paylaşımda Qurban Qurbanovu əsl əfsanə adlandırıb:

“Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi -QARABAĞ FK!!!”
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR