İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir hərbçilərimizdən xəbər var - SON DƏQİQƏ VACIB

10913 16.04.2023 21:03 Son xəbər A A

Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Azərbaycanlı hərbçilərdən birinə qolubağlı vəziyyətdə işgəncə verilməsi barədə kadrları sosial şəbəkələrdə yayan ermənilər indi də gülünc fikirlər yayıblar. İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması ilə tanış olub.

“İşgəncə və pis rəftar hüquqlarının müdafiəçisi ilə söhbətində həbs olunanların heç biri dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlər də daxil olmaqla, şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir” - məlumatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR