İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsgərimizə qarşı törədilən cinayətdə Fransa kimi ölkələrin də “payı” var”

454 14.04.2023 14:39 Siyasət A A

“Əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistana keçəndən sonra əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Axundov Hüseyn Əhliman oğluna qarşı törədilmiş fiziki işgəncə və qeyri-insani rəftar hallarını əks etdirən videoya səssiz qalmaq mümkün deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev qeyd edib.

Deputatın sözlərinə görə, Ermənistan yenə vəhşi və barbar mahiyyətini bütün dünyaya nümayiş etdirdi:

“Ermənilər onlara qarşı heç bir təhlükə törətməyən, iradəsindən asılı olmadan, səhvən sərhədi keçdiyinə görə əsir düşən Azərbaycan əsgərinin əl-qolunu bağlayaraq təhqir etdilər və zorakılığa məruz qoydular. Bu cür vəhşiliyin və insanlıq əleyhinə olan rəftarın tək səbəbi Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan hakimiyyətinin və ideoloqlarının uzun müddət formalaşdırdıqları nifrət hissi və fobiyadır.

Azərbaycanlılara qarşı etnik zəmində törədilən nifrət və işgəncə cinayətlərində Avropa Parlamenti kimi bir sıra beynəlxalq təşkilatların və Fransa kimi ikiüzlü və riyakar ölkələrin də “payı” az deyil. Çünki onların son 3 ildəki fəaliyyəti, qəbul etdikləri bədnam qətnamələr yalnız və yalnız Ermənistandakı revanşist qüvvələri ümidləndirməyə, etnik zəmində düşmənçiliyi və ayrıseçkiliyi alovlandırmağa və Azərbaycana qarşı nifrəti körükləməyə yönəlib.

İndi görək bütün günü qanunun aliliyindən, insan hüquq və azadlığından dəm vuran, erməniləri az qala ilahiləşdirərək dünyanın ən mədəni və eyni zamanda məzlum xalqı kimi təqdim etməyə çalışan Avropa Parlamenti, AŞPA, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu və digərləri azərbaycanlı hərbi əsirə qarşı törədilmiş bu cinayətə və vəhşiliyə qarşı etiraz edəcəklərmi? Ermənistanı qınayacaqlarmı? Hərbi əsirin dərhal qaytarılmasını, ona qarşı bu cinayəti törədənlərin, hansı ki, videoda onları görmək mümkündür, dərhal tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını tələb edəcəklərmi? Yəqin ki, bunların heç birinin şahidi olmayacağıq.

Olsun, ancaq biz bu cür hərəkətləri ilə beynəlxalq konvensiyaları və beynəlxlaq humanitar qanunları növbəti dəfə ayaqlar altına atan Ermənistanın əsl mahiyyətini, onun sülh və barış çağırışlarının saxta olduğunu ifşa etməkdə davam edəcəyik. Azərbaycan əsgərinin xofu və qorxusu ermənilərin canına o qədər hopub ki, hətta silahsız və köməksiz olduğu halda belə, əl-qolunu bağlamadan əsgərimizə qarşı hücum etməyə cəsarət etmirlər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR