İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərimizə işgəncə verən erməni barbarlar dindirilib

1917 15.04.2023 22:41 Son xəbər A A

Zəngəzur rayonunun Açanan kəndi yaxınlığında silahsız və qolubağlı vəziyyətdə olan azərbaycanlı əsgərə işgəncə verərək vəhşiliklərini sosial şəbəkədə yerləşdirən Qor Ohancanyan və Levon Ayrapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılaraq dindirilib.

Musavat.com xəbər verir ki, bu barədə Qor Ohancanyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

O, işin təfərrüatları ilə bağlı dindirildiklərini xatırladıb və bundan əvvəl mediaya dediklərini təkrarlayıb. Ohancanyan azərbaycanlıdan götürülən telefonun Milli Təhlükəsizlik Xidmətində olduğunu qeyd edib və onun qətlə yetirilən 57 yaşlı gözətçiyə məxsus olduğuna bir daha həyasızcasına təkid edib.

Bildirilir ki, Milli Təhlükəsizlik Xidməti hələlik faktla bağlı cinayət işinin başlandığını açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR