İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəddən sonra Makronun Dəməşqə ilk səfəri – BOMBALI hücumun detalları

676 07.07.2026 14:18 Gündəm A A

Fransa prezidenti Emmanuel Makronun Əhməd əl-Şaranın rəhbərlik etdiyi islamçı koalisiyanın hakimiyyətə gəlməsindən bəri Suriyaya ilk səfəri reallaşıb. Musavat.com Fransanın “Le Monde” nəşrinə istinadla yazır ki, “Agence France-Presse (AFP) agentliyinin əməkdaşları da daxil olmaqla, bir neçə jurnalist tərəfindən Makronun qaldığı otelin yaxınlığında iki partlayış səsi eşidilib.

Des membres des forces de sécurité syriennes, près de l’hôtel où séjourne le président français, Emmanuel Macron, lors de sa visite à Damas, le 7 juillet 2026.

Suriya təhlükəsizlik mənbəyi AFP-yə bildirib ki, bombalardan biri zibil qutusuna, digəri isə “Four Seasons” otelinin yaxınlığındakı nəqliyyat vasitəsinə yerləşdirilib.

Bununla belə, son xəbərə görə, Fransa və Suriya liderlərinin geniştərkibli görüşü keçirilir. Bundan sonra təkbətək görüş keçiriləcək. Suriya Daxili İşlər Nazirliyi bildirib ki, "iki əldəqayırma bombanın yaratdığı iki partlayışdan sonra dörd polis əməkdaşı da daxil olmaqla 18 nəfər yaralanıb. Birincisi, yolun kənarında park edilmiş avtomobilin içinə, ikincisi isə zibil qutusuna yerləşdirilib.

Fransa Prezidenti Emmanuel Makron 17 ildən sonra Suriyaya səfər edən ilk  Fransa lideri kimi Dəməşqdə rəsmi görüşlər keçirib. Həmçinin Makron Şamda  Əməvi məscidində olub

AFP jurnalistləri partlayışlar nəticəsində otelin qarşısındakı Turizm Nazirliyinin pəncərələrinin sındığını görüblər. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib və təcili yardım maşınları gəlib, jurnalistlərin ora girməsinə icazə verilməyib. Partlayış səsi prezident kortejindən eşidilməyib.

Qeyd edək ki, Makronun səfəri, “CMA CGM”-dən Rodolf Saade və “TotalEnergies”dən Patrik Pouyanne də daxil olmaqla bir neçə fransız biznes liderinin müşayiəti ilə baş tutub. Ötən həftə isə Dəməşqin mərkəzindəki bir kafeyə edilən bombalı hücumda on nəfər həlak olub. Onu da deyək ki, bazar ertəsi axşamı Makron Suriya prezidenti ilə Dəməşqin mərkəzindəki restoranda nahar edib və sonra şəhərin mərkəzindəki məşhur Əməvi məscidinə gediblər.

Fransanın BFMTV xəbər kanalına verdiyi müsahibədə Suriya lideri ölkəsindəki böyük investisiya imkanlarını vurğulayıb. O, əlavə edib ki, Fransa turizm, kənd təsərrüfatı və sənaye kimi sektorlarda infrastrukturun yenidən qurulmasında iştirak edəcək, Dəməşq Avropa istehsalçısı “Airbus”dan səkkiz təyyarə sifariş etməyə də hazırlaşır. Prezident sarayına səfərindən sonra Fransa lideri "Suriyanın yenidən qurulmasına və strateji dəhlizlərə həsr olunmuş iqtisadi forumda" iştirak etməlidir.


Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR