İnsanlara hürriyət, millətlərə istiqlal!

Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi

781 07.09.2023 22:15 Son xəbər A A

Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda keçiriləcək tədbirlərdə Şimali Kipr Türk Respublikasının bayrağının dalğalanacağını bildirməsindən sonra Prezident Ersin Tatar yazılı açıqlama verib.

Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar açıqlamasında İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının dalğalanacağını bildirməsi məni sevindirdi.

Şərqi Aralıq dənizində bir türk dövləti olan Şimali Kipr Türk Respublikası bir millət, üç dövlət devizi ilə varlığını davam etdirərkən, Azərbaycanla könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz bir hissəsi olaraq münasibətlərimizin gedərək möhkəmlənməsi mənim ən böyük arzumdur.

Mən cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR