İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın üzr istəməsi Azərbaycanla qonşuluq münasibətlərinin qurulmasında ciddi addım olar”-ŞƏRH

485 30.05.2024 17:17 Siyasət A A

 

Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı şəhərin işğal dövründə böyük məhrumiyyətlərə, ermənilərin və havadarlarının törətdiyi vəhşiliklərə, dinc və silahsız sakinlərin işgəncə və soyqırımına məruz qaldığını bildirmiş, Ermənistanın törətdiyi cinayətlərə görə üzr istəməli olduğunu vurğulamışdı.

“Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi-o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”,- deyə ölkə başçısı qeyd etmişdi.

Prezidentin fikirlərini Musavat.com üçün şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu, tamamilə düzgün tələbdir. Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan Azərbaycan ərazisini təkcə işğal etməyib, həm də tarixin ən qanlı səhifələrinə çevriləcək rəzalətlər törədib: “Bir gecədə uşaqlı, qocalı kiçik bir şəhər əhalisinin qətlə yetirilməsi Ermənistanın üzərində mənəvi yük kimi qalır. Ermənistan bu məsələyə görə Azərbaycandan, xocalılılardan üzr istəməlidir. Üzr istəməsə, bu o deməkdir ki, indiki hakimiyyət o dövrdəki hakimiyyətin addımlarını təsdiqləyir. Tarixdə bir hakimiyyətin özündən əvvəlki hakimiyyətin etdiklərinə görə üzr istəməsinə dair nümunələr çoxdur. Almaniya vaxtilə faşistlərin yəhudi xalqına qarşı törətdiyi qətliamlara görə yəhudi xalqından üzr istəyib. Biz Ermənistandan bu addımı gözləyirik”.

A.Mirzəzadənin fikrincə, Ermənistanın üzr istəməsi Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasında çox ciddi addım olar: “İki dövlət arasında sülh müqaviləsi imzalanmaqla yanaşı, eyni zamanda Ermənistanı təmsil edən rəsmi şəxslər, hətta Ermənistan ziyalıları əvvəlki rəhbərlərin törətdiyi faşist hərəkətlərinə görə Azərbaycan xalqından, xocalılılardan üzr istəməlidir”.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR