İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş təhsil naziri həbs oluna bilər

375 06.06.2023 20:04 Region A A

Ermənistanın müxalifətdə olan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri Armen Aşotyan həbs oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə müxalifyönlü “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Armen Aşotyana qarşı cinayət işinə hələ ötən ilin sonlarından başlanılıb. Söhbət 2015-ci ildə külli miqdarda oğurluq faktından gedir. Cinayət işi çərçivəsində İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru, 70 yaşlı Mikayel Nərimanyan həbs edilib, daha sonra azadlığa buraxılıb.

Məlumata əsasən, Armen Aşotyan yenidən siyasi motivlərlə hədəfə alınıb. Bu cinayət işi əsasında keçmiş təhsil nazirinə ölkədən çıxış qadağan edilib. Məlumatlara görə, bu yaxınlarda Edmon Marukyan və Armen Aşotyan Qarabağ məsələsi ilə bağlı qapalı müzakirə üçün Avstriyaya dəvət olunublar, lakin sonuncuya getməyə icazə verilməyib, onun əvəzinə Ayk Mamicanyan göndərilib.

Müxalifyönlü saytın iddiasına görə, Armen Aşotyanın çıxışı orada Azərbaycan nümayəndələrinin qəzəbinə səbəb ola bilərmiş. Bunun üçün onun getməsinin qarşısı alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR