İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş baş nazirinin qardaşı prokurorluğa çağırıldı

619 09.03.2026 13:33 Region A A

Ermənistanda keçmiş yüksək vəzifəli məmurun ailəsi ilə bağlı araşdırma başlanıb.

Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı, parlamentin sabiq deputatı Henrix Abramyan Baş Prokurorluğa çağırılıb.

Məlumata görə, o, Baş Prokurorluğun qanunsuz əldə edilmiş əmlakın müsadirəsi üzrə idarəsinə dəvət olunub. Abramyan aparılan araşdırma çərçivəsində ona məxsus əmlakın qanuniliyinə dair mövqeyini bildirməli və müvafiq ərizə təqdim etməlidir.

Bildirilir ki, eyni araşdırma çərçivəsində prokurorluğa Henrix Abramyanın həyat yoldaşı Ruzanna Ovsepyan, onların oğlu Ovanes Abramyan və ailə ilə əlaqəli digər şəxslər də çağırılıb.

Araşdırmanın qanunsuz əldə edilmiş əmlakla bağlı olduğu qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR