İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın hərbi-siyasi imkanları bilərəkdən aşağı salınır”

829 17.04.2023 17:45 Son xəbər A A

“Ermənistanın real hərbi-siyasi imkanları bilərəkdən aşağı salınır”.

Musavat.com xəbər verir ki, bu iddianın müəllifi erməni türkoloq Varujan Qeqamyandır.

“Məsələn, Ermənistan və İran arasında hərbi-siyasi əməkdaşlıq imkanlarını götürək. Burada ardıcıllıq görünmür, təşəbbüslər irəli sürülmür və ya irəli sürülənlərə reaksiya verilmir”, - deyə o bildirib. Qeqamyanın fikrincə, son iki ildə İran tərəfinin hərbi əməkdaşlığa hazır olması ilə bağlı gələn siqnallara adekvat cavab verilsəydi, Ermənistan üçün geniş imkanlar açılardı.

“Tehranla əməkdaşlıq Ermənistanın imkanlarının bilərəkdən aşağı salındığı yeganə məsələ deyil. Bu, digər bölgələrdə də baş verir. Bu cür üsullar ictimai şüurda vəziyyətin ümidsizliyi ideyasını formalaşdırır. Yəni hakimiyyət demək istəyir ki, biz çalışırıq, amma şərait buna imkan vermir. Biz hər şeyi edirik, amma ruslar, avropalılar, iranlılar bizə kömək etmir, - deyə Varujan Qeqamyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR