İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı DƏHŞƏT gözləyir

1325 14.11.2023 18:09 Siyasət A A

“Ermənistanı dəhşət gözləyir. Mövcud vəziyyəti bəhanə edən bəzi beynəlxalq dairələr öz geosiyasi davalarını Qafqaza gətirirlər”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib.

zaur.jpg (49 KB)

Onun sözlərinə görə, son açıqlamalardan görünür ki, Fransanın Ermənistanı silahlandırması ilə eyni vaxtda Kanada, ABŞ Avropa İttifaqının missiyasına qoşulmaqdadır: “Dünən Jozep Borrelin açıqlaması, Aİ-nin Sülh Fondunun Ermənistanda işə başlaması, hansı ki, əslində Aİ xüsusi missiyası kimi hərbi işlərlə məşğul olacaq, bölgəni böyük təhdid altında qoyacaq”.

“Son baş verənlər Azərbaycanın təhlükəsizliyinə təhdiddir və ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir. Rəsmi Bakı üçün Qafqazda təhlükəsizlik önəmlidir. Azərbaycana qarşı ittihamların davam etməsi və bu fonda sərhədçilərimizin qarşısında az qala bütün NATO qüvvələrinin mülki formada dayanmaları vəziyyəti gərginləşdirəcək”, - deyə politoloq əlavə edib.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR