İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yenə ehtiyatda olan hərbçiləri toplayırlar-Bu, nəyin hazırlığıdır?

526 24.08.2023 17:26 Region A A

 

“Ermənistanda ehtiyatda olan hərbi qulluqçular bu ilin  sentyabrın 15-dən dekabrın 15-dək toplanacaqlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin avqustun 24-də keçirilən iclasında məlumat verilib.

Hökumətin qərarı ilə ehtiyatda olan hərbi qulluqçuların tərkibi, ümumi sayı və ixtisaslar, habelə hər bir ixtisas üzrə dərslərin keçirilmə vaxtı və sayı müəyyən edilib. Bundan başqa 1047 nəfərə qədər vətəndaşın bu işə cəlb olunması gözlənilir. Bunların içində 528 kiçik gizir və sıravi, 28 baş çavuş və 491 ehtiyatda olan zabitin gətirilməsi nəzərdə tutulur. Hər bir vətəndaş 25 təqvim günündən çox olmayaraq təlimlərdə iştirak edəcək.

İclasda o da vurğulanıb ki, hərbi qulluqçuların və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının müayinəsi prosesində istifadə olunan sənədlərin, o cümlədən sağlamlıq pasportlarının və xəstəlik vərəqələrindən çıxarışların, o cümlədən onların  elektron versiyaların verilməsinin tənzimlənməsi barədə qərar qəbul edilib.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR