İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda tələbə kafedra müdirini vəhşicəsinə döydü

362 28.03.2023 20:49 Hadisə A A

Ermənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbəsi kafedra müdirini döyüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Kotayk rayonunun 72 yaşlı sakini Arutyun Babayan Mərkəzi Polis İdarəsinə müraciət edib.

O, Ermənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutundakı iş otağında 21 yaşlı İrəvan sakini Albert Nikolyanla kurrikulumla bağlı mübahisə zamanı zorakılığa məruz qaldığını bildirib.

Yerli shamshyan.com saytının xəbərinə görə, Arutyun Babayan Ermənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda kafedra müdiri işləyir, Nikolyan isə həmin institutun tələbəsidir. 72 yaşlı kafedra müdirini döyən tələbə polis tərəfindən saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR