İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda şok saxtakarlıq: Sarkisyanın prezident seçilmək hüququ yox imiş

1007 23.04.2023 13:37 Son xəbər A A

Eks-prezident Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli mediaya açıqlamasında bildirib.

Qeyd olunub ki, bundan əvvəl Hetq.am saytı Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Beləliklə, onun prezident seçilmək hüququ yox imiş. Milli Təhlükəsizlik Xidməti sorğuya cavab olaraq bildirib ki, iş üzrə istintaq hərəkətləri aparılır.

Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin 9 aprelində ölkə prezidenti seçilib. 2022–ci ilin yanvarında postundan istefa verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR