İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda "seçki həbsləri" dayanmır

249 05.06.2026 15:40 Dünya A A

Ermənistanda seçki prosesi ilə bağlı araşdırmalar çərçivəsində daha bir tanınmış siyasi fiqur həbs edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi İdarəsinin keçmiş rəisi, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Məlumata görə, Saakyan daha əvvəl seçki rüşvətinin verilməsi və ya alınması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Ermənistan hüquq-mühafizə orqanları hesab edir ki, araşdırılan iş parlament seçkiləri ərəfəsində seçicilərə təsir göstərilməsi cəhdləri ilə bağlıdır.

Qeyd edək ki, Arman Saakyan uzun illər ölkənin keçmiş hakim Respublikaçılar Partiyasının tanınmış simalarından biri olub və müxtəlif dövlət vəzifələrində çalışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR