İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda SAXLANAN əsgərimizin və nazirlərin KRİTİK görüşünün görüntüləri yayıldı - CANLI

1321 28.02.2024 16:00 Son xəbər A A

Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində Ermənistanın Teg rayonuna keçən əsgər Ruslan Pənahov haqqında bəzi təfərrüatlar məlum olub. Məlumata görə, 2005-ci il təvəllüdlü hərbçimiz əslən Şəmkir rayonundandır.

O, ötən ilin iyul ayının 1-də hərbi xidmətə yollanıb. Qardaşının verdiyi məlumata görə, ailə Şəmkir şəhərində qalır. Ruslan valideyni ilə sonuncu dəfə 2 gün əvvəl danışıb. 2 qardaş və bir bacı olmaqla 3 övladdırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin Teg kəndi istiqamətndə saxlanılması barədə məlumatı təsdiqləyib. Hərbçimizə qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin isə Berlində görüşü başlayıb. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR