İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “qrant yeyənlərin” və “yalan danışanların” SİYAHISI

578 25.12.2023 14:48 Region A A

Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan teleqram kanalında özünün ifadəsi ilə “Ermənistanda bir qrup qrant yeyən təşviqatçının son bir neçə ildə yaydığı yalan vədlərin və nağılların” siyahısını dərc edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, revanşist ekspertin siyahısı belədir:

“1. Pelosinin səfəri o deməkdir ki, ABŞ bizə kömək edəcək.

2. Makronun erməni dilində ermənilərə dəstək açıqlamaları və təsirli yazıları Fransanın bizə kömək edəcəyi anlamına gəlir. (Makron sanksiyaların olmayacağını bildirdi, Qarabağ ermənilərinin bölgədən getməsinə əngəl olmadı, Ukrayna, Özbəkistan, Qazaxıstan və s.-dən fərqli olaraq heç vaxt Ermənistana səfər etmədi)

3. Demokratik ölkə olduğumuz üçün demokratik Qərb bizə kömək edəcək. (Qərb Əliyevi özünün etibarlı tərəfdaşı elan etdi)

4. Laçın dəhlizinin açılması ilə bağlı Haaqa Məhkəməsinin qərarı və beynəlxalq ictimaiyyətin təzyiqləri bizə kömək edəcək. (Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldı)

5. Əgər biz (Ermənistan - red.) Rusiyanın müttəfiqi olmasaq və KTMT-dən çıxsaq, Qərb bizə kömək edəcək. (Fransa yardımı simvolikadan o yana keçmədi. Biz hələ də Rusiyanın müttəfiqi sayılırıq və hələ də KTMT-nin üzvüyük. Azərbaycan da Rusiyanın rəsmi tərəfdaşıdır, lakin ABŞ-dan hərbi yardım alır)

6. Qərb Ukraynaya yardım etdiyi kimi bizə də kömək edəcək. (Qərb Ukraynaya çox ciddi yardım, 250 milyard dollar və ən müasir silahlar verdi, indi isə onu tərk edir, düşmənlə baş-başa qoyur, pulun bitdiyini deyir)

7. Avropalı müşahidəçilər öz varlıqları ilə təhlükəsizliyimizi təmin etməklə bizə kömək edəcəklər. (Avro-müşahidəçilərin Ermənistana bu məsələdə köməyi olmayıb)

8. Zəlzələ zamanı Türkiyə öncə “qardaş” yardımını qəbul etdi, sonra da Azərbaycana erməniləri Qarabağdan qovmağa yardımçı oldu.

9. Dövlət nümayəndələrinin dediyi kimi, Qərb ermənilərin Qarabağdan getməsinə imkan verməyəcək. (Qərb hökumətləri ermənilərin getməsinə (mətndə qovulmasına - red.) icazə verdi və “etnik təmizləmənin baş verdiyini” qəbul etmədi. Məşhur Dekampo hesabatına məhəl qoyan da olmadı.

10. Ermənistana hücum və ya Qarabağda “etnik təmizləmə” (yalan - red.) olarsa, Qərb sanksiyalar tətbiq edəcək. (Qərb hökumətləri sanksiya olmayacağını söylədi)

11. Qonşularımızla dinc yaşamaq üçün Qarabağı təslim etməliyik. (Qarabağdan sonra qonşular Ermənistana yeni tələblər qoyur. Bunların içində anklavlar, dəhlizlər və azərbaycanlıların Ermənistan ərazisinə qayıtması da var)

12. Fransa bizə (Ermənistana - red.) hərbi yardım edib. (Fransa Ermənistana 23 il əvvəl tərk etdiyi, Ukraynanın istəmədiyi, şəxsi heyəti mərmilərdən, raketlərdən və ya pilotsuz təyyarələrdən qoruya bilməyən, ən çox sülhməramlı və kəşfiyyat missiyaları üçün nəzərdə tutulan, ən yoxsul Afrika ölkələrinə ixrac edilən döyüş maşınlarını göndərdi)”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR