İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qazın qiyməti artdı

1067 01.04.2022 12:18 Region A A

Aprelin 1-dən Ermənistanda qazın yeni tarifləri qüvvəyə minib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, adi istehlakçılar üçün qazın qiyməti 4,7 dram artaraq, 1 kubmetr üçün 143,7 drama çatıb. Aprelin 1-dən ayda 10 min kubmetrdən çox qaz istehlak edən müəssisələr üçün təbii qazın qiyməti 3,9 faiz, istixana təsərrüfatları üzrə isə 4,5 faiz artıb. Ancaq sosial təminatı olmayan, sosial müavinət alan ailələr üçün qazın tarifi dəyişməz qalacaq - hər kubmetr üçün 100 dram.

Qeyd edək ki, Rusiya aprelin ilk günündən Ermənistana satdığı qazın qiymətini artıracağı haqda xəbərdarlıq etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR