İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanda qanun yoxdur, Paşinyan var" - Erməni deputat

640 25.04.2024 20:09 Siyasət A A

Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var.

Musavat.com Unikal-a istinadən xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan Baqrataşendə baş verən insidenti şərh edərkən deyib.

"Ermənistanda elə bir vəziyyət yaranıb ki, jurnalistlər informasiya azadlığı haqqında qanunu, deputatlar reqlamentini, vətəndaşlar da bir sıra qanunları unutmalıdırlar, çünki Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var".

Xatırladaq ki, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Baqrataşen hissəsində gərgin vəziyyət yaranıb. İnsanlar yolu bağlayıblar. Onların yanında "Ermənistan" fraksiyasının deputatları Qarnik Danielyan, Qeqam Manukyan, Aspram Krpeyan da olub. Həmin ərazidə polislə vətəndaşlar arasında baş verən mübahisə nəticəsində Qarnik Danielyan huşunu itirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR