İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda maskalılar müxalifətin qərargahına BAŞQIN ETDİ: Saxlanılanlar var - TƏCİLİ

882 07.06.2026 16:24 Son xəbər A A

Ermənistanda keçirilən parlament seçkiləri günü Gümrü şəhərində fəaliyyət göstərən rusiyayönümlü namizəd Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokunun qərargahına maskalı şəxslər basqın edib.

Musavat.com xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Qohar Meloyan bəyanat yayıb.

Meloyanın sözlərinə görə, naməlum maskalı qrup ofisə daxil olaraq içəridə olan bütün partiya fəallarını və əməkdaşları saxlayıb.

Məlum olduğu kimi, bu gün, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilir. Seçkilərdə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası, Robert Köçəryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın (Samvel Karapetyan) lideri olduğu "Güclü Ermənistan" bloku da daxil olmaqla, ümumilikdə 18 siyasi qüvvə (16 partiya və 2 partiya bloku) mübarizə aparır. MSK-nın məlumatına görə, ölkədə təxminən 2,5 milyon vətəndaşın səsvermə hüququ var.

Mərkəzi Seçki Komissiyasının yerli vaxtla saat 15:00-a olan son hesabatına görə, seçici fəallığı artıq 33%-i ötüb. Müqayisə üçün qeyd edək ki, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində analoji saatda seçici fəallığı 26,82% təşkil edirdi. Baş verən bu son hadisənin seçki prosesinin gedişatına necə təsir edəcəyi diqqətlə izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR