İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda koronavirusa yoluxma kəskin artdı

485 11.07.2022 16:22 Region A A

Ermənistanda son bir həftə ərzində 354 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, sanitar-epidemioloji vəziyyət pisləşir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Ümumilikdə iyulun 11-i səhər saatlarında ölkədə 423 771 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb. Faktiki olaraq hazırda 418 nəfər müalicə olunur (artım 128). 413 043 nəfər sağalıb (son həftədə 226), həftə ərzində yeni ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 8626 nəfərdir.

Səlahiyyətlilərin sözlərinə görə, “digər xəstəliklər səbəbindən” koronaviruslu vətəndaşların ölümü ilə bağlı fakt qeydə alınmayıb. Belə halların ümumi sayı 1684 nəfərdir. Ümumilikdə, Ermənistanda ölənlərin sayı 10310 nəfərə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR