İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycan dilinə xüsusi “qayğı”nın səbəbi - 4 məktəbdə...

803 08.07.2023 08:35 Gündəm A A

Təhlükəsizlik eksperti: “Bu, Ermənistanın məhz strateji xarakter daşıyan addımıdır”

“Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsi - red.), 4-də isə Azərbaycan dili tədris edilib”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sualına cavab olaraq Ermənistan Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən vurğulanıb ki, Azərbaycan dili və Türkiyə türkcəsi yalnız 10-12-ci sinif şagirdləri tərəfindən öyrənilir.

Məlumata əsasən, 2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də Türkiyə türkcəsi  və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb. “Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə bütün dörd dil öyrənilir: “Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və İran) öyrənmək istəklərini bildiriblər”.

Ermənistan Təhsil Nazirliyindən həmçinin bildirilib ki, əgər təhsil müəssisələri hazırdırsa və müvafiq mütəxəssis varsa, onlar müstəqil şəkildə regional dillərdə tədris təşkil edə bilərlər.

Sözsüz ki, düşmən ölkədə dilimizin öyrənilməsi heç də Azərbaycana sayğı və ya sevgidən irəli gəlmir. Bu prosesə, sadəcə, Azərbaycana və Türkiyəyə qarşı potensial təxribatçılar, kəşfiyyat xidməti agentləri və hətta terrorçu hazırlığının tərkib hissəsi kimi baxırlar. Bunu gizlətmirlər də. Çünki söhbət Türkə nifrəti azalmaq bilməyən, ksenofobiyası nəsildən-nəslə, az qala ana südü ilə keçən faktiki terrorçu bir toplumdan gedir. Odur ki, bu prosesi diqqətlə izləməyimiz yaxşı olar.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl

Sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu, Ermənistanın məhz strateji xarakter daşıyan addımıdır. Əlbəttə ki, onlar bizə sevgi bəsləmirlər, ermənilər uzun illərdir ki, bizi düşmən kimi görürlər və çox güman ki, bundan sonra da belə görəcəklər. Onlar, sadəcə, Türkiyə türkcəsi, Azərbaycan dilinin öyrənməklə daha çox informasiya, məlumat əldə etməyə çalışırlar. Beləliklə, bir daha qeyd edirəm, Azərbaycan dili, Türkiyə türkcəsini öyrənmək onlar üçün strateji xarakter daşıyır.

Bizə gəldikdə, biz burada qəbahət axtarmamalıyıq, amma təhülkəsizliyimizi təmin etmək əvvəlcədən tədbirlər görülməlidir. Məsələn, xüsusi xidmət orqanlarımız Azərbaycan dilini öyrənəcək həmin gənclərin kim olduğunu, onların nəyə  xidmət edəcəkləri haqqında informasiyalara nail olmalıdır ki, onlardan bizə gələ biləcək zərərin qarşısı vaxtında alınsın. Tutaq ki, 100 nəfər Azərbaycan dilini öyrənəcək, onların hamısı da olmasa, təxminən 10 nəfərindən Azərbaycana qarşı istifadə olunacaq, məhz həmin 10 nəfərin haqqında qabaqcadan informasiya əldə etməyimiz zəruridir".

İlham İsmayıl qeyd edib ki, Azərbaycanda da erməni dili tədris olunmalıdır: “Bildiyim qədər xüsusi xidmət orqanlarında, Müdafiə Nazirliyində,  hətta Sərhəd Qoşunlarında bu istiqamətdə müəyyən tədbirlər görülüb. Bir daha qeyd edirəm, bu məsələyə normal baxmalıyıq, amma eyni zamanda hazırlıqlı olmalıyıq”.

Bəs Azərbaycan məktəblərində erməni dili öyrənilirmi? Ermənidilli kadrlarımız nə qədərdir?

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun bu barədə dedikləri: “Tanınmış siyasi liderlər də təsdiq edirlər ki, düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır. Belə ki, SSRİ rəhbəri Stalin II Dünya müharibəsi davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş vermişdi. Düşmənin dilini bildikdən sonra mübarizə istər-istəməz asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Yəni həm hərbiçilər, həm də digər peşələrə yiyələnmiş şəxslər düşmənin dilini bilməklə ona qarşı mübarizəni daha da asanlaşdıra bilərlər. Bununla, düşməni bir növ onun dili ilə vurmaq mümkün olur.

Əslində dil bilgisini iki qismə ayırmaq mümkündür: beynəlxalq dil statusuna sahib olan ingilis, alman, fransız dilləri və region dilləri. Dil bilmək insanın dünyagörüşünü, biliyini zənginləşdirir. Belə bir ifadə var: “Neçə dil bilirsənsə, o qədər adamsan”. Yəni dil bilmək vacibdir. Biz erməni dilini bilməliyikmi? Erməni dilini kütləvi şəkildə öyrənmək yox, tədris vəsaiti əsasən universitetlərdə, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti akademiyalarında tələbə və müəllimlər və eyni zamanda erməni dilini öyrənmək istəyənlər müstəqil qaydada seçim etməli, öyrənməlidirlər.

Biz bu məsələdə hətta ermənilərdən üç il geri qalmışıq. Ermənilər üç il əvvəl Azərbaycan dili tədris vəsaiti hazırlayıb və hazırda həmin vəsait universitetlərdə tədris olunur. Azərbaycanda BDU və Slavyan universitetlərində erməni dili tədris edilir, bir neçə il əvvəl Xəzər Universitetində də bu dildən dərs deyilib və tələbələrin dərsə olan marağını müşahidələrimdə görmüşəm".

Kamran Əsədov əlavə edib ki, hazırda mənbə üçün kitab lazımdır: “Bu günə qədər Azərbaycanda erməni dili ilə bağlı tədris vəsaiti yazılmayıb, olanlar da ümumi kitablardır. Düşmənimizin dilini öyrənmək, əlbəttə, vacibdir. İstər dövlətin təhlükəsizliyi baxımından, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək lazımdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR