İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üçün “revanş matçı”-Türkiyə bu gün uduzmamalıdır! 

5405 25.03.2023 15:25 Yazarlar A A

 

Şuşada özünə xaraba tikmiş Mxitaryan da bu gün Türkiyə millisinə qarşı oynayacaq; stadionda ermənilərin təxribatına hazır olmaq lazımdır...

 

Bu gün axşam Avro-2024 turnirinin seçmə mərhələsi çərçivəsində Ermənistan - Türkiyə oyununun həyəcanının  məni üstələdiyini gizlətmirəm. Vaxtilə “Neftçi”-“Ararat” oyunu ərəfəsi belə həyəcan keçirərdik. Şuşada ermənilərlə azərbaycanlılar həmin ərəfədə “didişərdilər”.  

Əgər oyun Bakıda idisə, biz daha ürəkli olardıq, “axşam gəlib meyidlərinizi apararsınız” deyərdik. İrəvanda keçiriləcəkdisə, ermənilər üstün danışardılar. Oyun vaxtı şəhərdə kimsəni tapmazdın, hamı evdə futbola baxmağa gedərdi. Sonrası daha həngamə idi. Hamı evdən bu dəfə oyunu müzakirə etməyə çıxardı, ermənilər uduzanda lap ləzzətli idi. Dolayardıq, məzələnirdik... Vay o haldan ki, “Neftçi” uduzardı. Onda ermənilərin dili uzanardı. Dava da çox olurdu, şuşalılar tez cırnayırdılar. Səhəri həyat yenidən axarına qayıdardı, bir də növbəti qarşılaşmaya qədər…

1793869355_0_0_3078_1732_1920x0_80_0_0_fea9027560dcf75c17a6113d77e52de5.jpg (253 KB)

“Razdan” stadionuna az qala nifrət edərdik. Zamanı gəldi,  1986-da orta məktəbdən turist turuna apardılar, az qala SSRİ-nin yarısını gəzdik. Turlarda Bakıdan və Tiflisdən sonra İrəvan vardı. “Razdan” stadionun yanında dayandıq. Tur-ekspeditel bu dəfə erməni idi. Stadionu bizə rus dilində necə tanıtdığı hələ də qulağımdadır: “Bu “Razdan” stadionudur. Burada “Neftçi”yə həmişə qalib gəlirik…”                      

1999-cu ildə stadiona Vazgen Sərkisyanın adını veriblər. Vazgen Sərkisyan 1991-1992 və 1995-1999-cu illərdə Ermənistanın birinci müdafiə naziri, qısa müddətdə isə  baş nazir olub. O, 1999-cu il oktyabrın 27-də parlamentdə terror aktı nəticəsində öldürülüb.      

f190dd_no_logo_no_text.jpg (159 KB) 

Ermənilər dişlərini qıcıyıb ki, bu oyunu mütləq qazansınlar. 44 günlük müharibədən sonra Türkiyənin daşı daha da ağır olub düşüb ermənilərin başına, hər fürsətdə qeybətini edirlər, bundan artığına zatən də gücləri yetməz. İndi bu püşkdə UEFA-nın nə qədər hiylə işlətdiyini birmənalı demək olmaz, amma şəxsən mənə şübhəli gəlir. Məncə, istəmirlər ki, ermənilərin türk düşmənçiliyi səngisin. Düzdür, indiyədək də bu milli komandalar bir qrupda yer alıb. 2010-cu il Avropa çempionatının seçmə mərhələsində də rəqib olublar. Hər iki oyunda da Türkiyə 2:0 hesabı ilə qalib gəlmişdi. Amma 44 günlük müharibədən sonra isə ermənilər hər yerdə Azərbaycanla bərabər Türkiyənin də adını çəkirlər. Zəlzələdə  artistlik etdilər, özlərini dünyaya guya humanist kimi göstərməyə çalışdılar. Amma bu gün o stadionda ermənilərin istənilən təxribatına hazır olmaq lazımdır. Heç inanmıram ki, stadiona gələn 14 min erməni hoqqa çıxarmaya. Bugünkü oyunda uduzmağı heç ağlıma gətirmək istəmirəm, çünki bu, bizi məyus edər. Ermənilər isə 44 günlük müharibənin “revanş”ı kimi baxır bu qarşılaşmaya... 

1384c4d694004ebea4dc77004cfbfa0b.jpg (136 KB)İspan məşqçini qovandan sonra Ermənistan millisinə yanvardan Aleksandr Petrakov başçılıq edir. Bəli, həmin ukraynalı... Petrakov 2021-2022-ci illərdə Ukrayna millisini çalışdırıb. 2022-ci ildə Petrakovun başçılıq etdiyi Ukrayna millisi UEFA Millətlər Liqasında Ermənistanı iki dəfə məğlub da edib: 3:0, 5:0...İndi bu məşqçi ermənilərin uğuru üçün çalışır.

Ermənilər ötən il dünya çempionatının seçmə mərhələsində hətta Almaniyanın olduğu qrupda bir ara 1-ci yerə də yüksəlmişdilər. Yəni düşmən olsalar da, futbol oynaya bilirlər. Şuşada özünə xaraba tikmiş Mxitaryan bu gün meydanda olacaq,  təzəlikcə Stepsyan haqda da çox danışırlar, Tiknizyan soyadlı biri də var. Petrakovun açıqlamalarına baxdım, elə də iddialı danışmayıb. Deyib ki, qrupdan vəsiqə qazanmaq şansları bütün komandalar üçün bərabərdir.

57186922_0_0_1508_849_1920x0_80_0_0_f5f63d2a743cd58b6faacfc60a2a5c53.jpg (254 KB)

Türkiyə millisinin baş məşqçisi alman Stefan Kuntza erməni jurnalist “uduzsanız, ölkənizə necə qayıdacaqsınız" sualı veriblər. Yaramazlar, guya indiyədək uduzan komanda evə qayıdıb “intihar” edib. Qəsdən belə sual verirlər ki, düşmən münasibətlərini göstərsinlər. Alman məşqçinin cavabı qısa olub: “Mən beynimdə o ssenarini düşünmürəm". Görək...

Türkiyə hazırda FİFA reytinqində 1465 xalla 44-cü pillədə qərarlaşıb. Ermənistan 1262 xalla 89-cu yerdədir...Bukmeyker kontorları da Ermənistanın qələbəsinə yüksək pul vəd edirlər, bu o deməkdir ki, Türkiyənin qələbəsini inananlar daha çoxdur. Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcək. Ermənilər də Türkiyəyə gəlməyəcək.

1679488606_5c26b9ddcdac4091b11f10732ee9bc2f.jpg (96 KB)

Ermənistan – Türkiyə oyunu   saat 21:00-da başlayacaq. TRT-1 matçı canlı yayımlayacaq. Hakimlərə gəlincə,   qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Xose Mariya Sançes olacaq. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.

Axşam qalib gəlmək lazımdır.  Başqa fikirdə olan varmı?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR