İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan təxribata belə hazırlaşıb - ŞOK DETALLAR açıldı

2940 11.05.2023 12:08 Gündəm A A

“Son günlər ermənilərin xüsusilə Zəngəzur və Basarkeçər rayonunun Vardanes istiqamətindən Kəlbəcər istiqamətində silah-sursat daşıması göstərirdi ki, düşmən nəyəsə hazırlaşır. Digər tərəfdən, qarşıda Brüssel görüşləri gözlənilir. Ondan sonra Moskvada görüş keçiriləcək. Düşmən tərəfi bilərəkdən bunları hazırlayırmış ki, keçiriləcək görüşlərdə Azərbaycana təzyiq göstərə bilsin”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert Telman Qasımov Ermənistanın növbəti təxribatından danışarkən deyib.

telman.jpg (34 KB)

Ekspert bildirib ki, ermənilərin planı baş tutmayacaq:

“Azərbaycanın siyasi, hərbi gücü buna imkan verməyəcək. Qərblə Rusiya arasında qalan Paşinyanın sərhəddə eskalasiya yaratması onu göstərir ki, o, vaxt udmaq üçün vəziyyəti ağırlaşdırır. Paşinyan özünə tam şəkildə himayədar tapana qədər sülh müqaviləsinin imzalanmasını istəmir. Hazırda Qərblə Rusiya arasında sülh müqaviləsi, sərhədlərin delimitasiyası, Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələlərdə ciddi qarşıdurma gedir”.

Hərbi ekspert vurğulayıb ki, Brüssel görüşünə qədər hadisələr dəyişə bilər:

“Ona görə də görüşün baş tutub-tutmayacağı barədə nəsə demək çətindir. Görüşdən imtina da oluna bilər, vaxt uzadıla da bilər.

Paşinyanın Moskvaya səfəri, onun paradda iştirakı göstərdi ki, Ermənistan Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiyanın yanındadır. Çox güman ki, Qərb Paşinyanı cəzalandıracaq. Çünki Qərb Paşinyanın paradda partnyor qismində iştirakının əleyhinə idi. Vəziyyət getdikcə qızışmaqdadır. Ukrayna silahlı qüvvələrinin genişmiqyaslı həmləsi bir çox məsələləri öz həllinə çatdıracaq. Rusiyanın Ukraynada çox böyük itkilər verməsi, xüsusilə “Vaqner”in 500-dən artıq itkisi, Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında yaranan qarşıdurma bizim bölgəyə də təsir edəcək. Xüsusən cəbhə bölgəsində və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə müəyyən dəyişikliklər olacaq. Hələ ki, sülh müqaviləsinin bağlanma reallığı görünmür”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR