İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üz-üzədir

746 28.12.2023 11:32 Region A A

Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

“Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. İrəvan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ölkələrində hazırlanır. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala və hökm et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”, - o bildirib.//Axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR