İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan sərhədlərin müəyyən edilməsinə dair öhdəlik götürüb”-ŞƏRH

581 19.04.2023 18:49 Siyasət A A

“Bəzi ehtimallara görə may ayında Vaşinqtonda Azərbaycan və Ermənistan lideri arasında görüş baş tuta bilər. Həmçinin Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşə hazırlıq gedir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bunu Musavat.com-açıqlamasında söyləyib.

O bildirib ki, Rusiya bir daha regionda diplomatik müstəvidə gücünü göstərməyə cəhdlər edir: “Xüsusilə vurğulamaq lazımdır ki, Laçın rayonu istiqamətində hərbi-siyasi təxribatlar, əsirlərimizə işgəncə verilməsi, bayrağımızın yandırılması sülhə və təhlükəsizliyə böyük zərbədir və regionda sülh istəməyən qüvvələr gərginlikdə maraqlıdır”.

İ.Hüseynov qeyd edib ki, bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan adətinə uyğun olaraq sülhə dair ikibaşlı danışır və müxtəlif güc mərkəzlərinin sifarişlərini yerinə yetirdiyini nümayiş etdirir:

“Ali Baş Komandan İlham Əliyevin tərəflərin Soçi və Praqa görüşündə razılıq verdiyi məsələlərə diqqət çəkməsi mühüm əhəmiyyət kəsb edir. Ermənistan üzərinə Almata Bəyannaməsinə uyğun olaraq, sərhədlərin müəyyən edilməsinə dair öhdəlik götürüb. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıbsa, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu da bəyan etməlidir”.

Politoloq bir məsələni xüsusilə vurğulayıb: “Prezident İlham Əliyevin vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”- fikirləri ciddi mesajdır və regional sülhün əldə olunması yolunda yeganə formuldur”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR