İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan səhiyyə naziri: “Onlardan qisas almaq istəmirəm”  

1342 20.10.2022 15:47 Region A A

“Deputatların kabinetimə soxulması ilə bağlı parlamentdə etika komissiyası yaradılması məsələsi üzərində israrlı olacağam, lakin mən qisas almaq istəmirəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə müsahibəsində Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.

Xatırladaq ki, 2022-ci ilin iyununda müxalifət bloklarından olan deputatlar Anna Mkrtçyan, Kristin Vardanyan və Aspram Krpeyan Anahit Avanesyanın ofisinə daxil olaraq onun polis əməkdaşlarının sərt güc tətbiqinə haqq qazandıran sözlərinə etirazlarını bildirmişdilər.

Erməni nazir 44 günlük müharibə zamanı ölən əsgərlərin Ədliyyə Tibb Mərkəzinin Abovyan şöbəsində polietilen torbalarda saxlandığı videogörüntülər barədə də danışıb. Həmin görüntülər 2021-ci ilin mayında ortaya çıxmış və hər kəsi dəhşətə gətirmişdi.

 “Faktla bağlı cinayət işi başlanıb. Və buna görə işdən çıxarılan işçilər siyasi məsuliyyətə cəlb olunublar”, - deyə Anahit Avenasyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR